Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov ittifaqın üzvü Valeh Sahratlı ilə görüşərək onu qazandığı qələbə münasibətilə təbrik edib, şəxsi həyatda, xidmətdə və idman yarışlarında uğurlar arzulayıb.
Görüşdə Mehman İsmayılov bildirib ki, gənclərimizin mötəbər beynəlxalq yarışlarda əldə etdikləri möhtəşəm qələbələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğısının bariz nümunədir. Ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu idman siyasəti nəticəsində idman və bədən tərbiyəsi gənclər və yeniyetmələr arasında böyük populyarlıq qazanıb. Məqsədyönlü və intensiv şəkildə reallaşdırılan islahatlar sözügedən sahənin inkişafı üçün hərtərəfli şərait yaradıb. Məhz cənab Prezidentin göstərişinə əsasən mütəmadi aparılan davamlı təbliğat və yaradılan güclü maddi-texniki baza gənclərimizin bir çox sahələrdə olduğu kimi, idmanda da çox böyük uğurlar əldə etməsinə vəsilə olub. Çox sevindirici haldır ki, dövlət başçısının bu əvəzsiz diqqət və qayğısından yararlananlar arasında FHN-in sıralarında xidmət edən gənclər də var. FHN əməkdaşı Valeh Sahratlını da respublikamızı uğurla təmsil edən gənclər arasında görmək qürurvericidir.
Qeyd edək ki, Sahratlı Valeh Həşim oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.
Valeh Sahratl kontakt-karate idman növü üzrə səkkizqat respublika çempionudur. 2015-ci ildə keçirilmiş ful kontakt idman növü üzrə Avropa çempionatında qızıl, 2008-ci ildə keçirilmiş çoxmübarizəli idman döyüş növləri üzrə Dünya çempionatında bürünc medal qazanıb.
Göstərdiyi əzmkarlığa görə Valeh Sahratlı Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırılıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


