İsmayıllıda fəhlə torpaq uçqunu altında qalaraq öldü

   İsmayıllıda fəhlə torpaq uçqunu altında qalaraq öldü
  21 Dekabr 2021    Oxunub:717
İsmayıllı rayonunun Zərgəran kəndində 1 nəfər torpaq uçqunu altında qalaraq ölüb.
Bu barədə AzVision.az FHN-ə istinadən xəbər verir. Məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həyətyanı sahədə qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib və nəticədə orada fəhlə işləyən 1967-ci il təvəllüdlü Əliyev Vahid Dursunəli oğlu dərinliyi təqribən 4 metr olan çuxurda uçqun altında qalıb.

Xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb və V. Əliyevin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

AzVision.az



Teqlər: Fəhlə  





Xəbər lenti