Uşaq bağçalarına işə qəbul test imtahanı ilə olacaq

   Uşaq bağçalarına işə qəbul test imtahanı ilə olacaq
  21 Dekabr 2021    Oxunub:2909
"Dövlət məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçaları) tədris aparacaq şəxslərin işə qəbulu müəllimlərin işə qəbulu üzrə tətbiq olunan oxşar prinsiplə həyata keçiriləcək".
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazir qeyd edib ki, həmin müəllimlərin və ya tərbiyəçilərin müxtəlif ixtisasartırma kurslarına cəlbi də mümkündür: "Məzmun dəyişiklikləri də olmalıdır". O həmçinin əlavə edib ki, məktəblərin iki növbəli olması müəllimlərin dərs saatlarına təsir etmir.

Onun sözlərinə görə, bağçalar bir neçə problemi həll edir: "Birincisi uşaqların təhsili, ikincisi qadınların işləyə bilməsi üçün şəraitin yaradılmasıdır. Uzunmüddətli dövrdə bağçaların sayının artması hamının marağındadır. Özəl bağçaların artmasını hədəfləyirik. Lakin dayanıqlı modellə edilməlidir".

Qeyd edək ki, məktəb müəllimlərinin işə qəbulu imtahan vasitəsilə həyata keçirilir.

Aytən Zəhra
AzVision.az


Teqlər: Bağça  





Xəbər lenti