Sabah yağış yağacaq

Sabah yağış yağacaq
  21 Dekabr 2021    Oxunub:564
Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 7-9° isti olacaq. Bakıda gecə 5-7° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 70-80 % olacaq.

Tibbi-meteoroloji proqnoza görə, dekabrın 22-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

AzVision.az



Teqlər: Hava   Proqnoz  





Xəbər lenti