“Mahmud Rəhimov” gəmisi təmirdən sonra istimara verilib

“Mahmud Rəhimov” gəmisi təmirdən sonra istimara verilib
  21 Dekabr 2021    Oxunub:1213
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Mahmud Rəhimov” universal quru yük gəmisi əsaslı təmir olunub.
ASCO-dan AzVision.az -a verilən məlumata görə, "Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan işlər vaxtında və uğurla başa çatdırılıb.

Plana uyğun olaraq gəminin baş və köməkçi mühərrikləri, mexanizmləri (nasosları), hava kompressorları təmir olunub. Eyni zamanda, gəmidə boru quraşdırma, elektrik quraşdırma, avtomatika və gövdə qaynaq işləri görülüb.

Gəminin sualtı və suüstü hissələri tam təmizlənərək rənglənib, yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub və yeni avadanlıqlarla, mebellə təchiz edilib.

Təmir başa çatdıqdan sonra gəmi müvafiq yoxlanışdan uğurla keçib və yenidən yükdaşımalara cəlb edilib. Gəmi artıq ilk səfərinə çıxaraq Türkmənistanın Bektaş limanından Hövsan limanına doğru üzür.

Qeyd edək ki, “Mahmud Rəhimov” gəmisinin uzunluğu 117,5, eni 16,5 metrdir, onun yükgötürmə qabiliyyəti 4100 tondur.

AzVision.az





Teqlər: ASCO  



Xəbər lenti