Sumqayıt Şəhər Məhkəməsinə hakim təyinatı olub

Sumqayıt Şəhər Məhkəməsinə hakim təyinatı olub
  21 Dekabr 2021    Oxunub:1227
Sumqayıt Şəhər Məhkəməsinə yeni hakim təyin olunub.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Hacıyev Zaur Arif oğlu adıçəkilən məhkəməyə təyinat alıb.

Qeyd edək ki, Z.Hacıyev bundan əvvəl Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

AzVision.az



Teqlər: Məhkəmə  



Xəbər lenti