Sumqayıt Sənaye Parkında 764 milyonluq məhsul ixrac olunub

Sumqayıt Sənaye Parkında 764 milyonluq məhsul ixrac olunub
  21 Dekabr 2021    Oxunub:1140
Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyaların həcmi 5,4 milyard manatdan artıq olan 25 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan 17-si fəaliyyət göstərir. İndiyədək 5,1 milyard manat həcmində investisiya yatırılıb və 5700-dək insan daimi işlə təmin olunub.
Bu barədə AzVision.az -a Sənaye Parkının 10 illiyi ilə bağlı yayılan məlumatda deyilib. Bildirilib ki, hazırda Sumqayıt Kimya Sənaye Parkında əvvəlki dövrlərdə idxal hesabına təmin edilən azot gübrəsi, polimerlər, ferroərintilər, tütün məmulatları, aqrokimyəvi məhsullar, sənaye istifadəsi üçün torbalar, tibbi maskalar, şüşə lövhələr digər yeni məhsullar istehsal edilir. Bu məhsullar ölkədə daxili tələbatın ödənilməsi ilə yanaşı, “Made in Azerbaijan” brendi altında dünyanın 30-dan çox ölkəsinə ixrac edilir:

" Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən 4,4 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 1,5 milyard manatlıq hissəsi - təqribən 34%-i ixracın payına düşür. Sumqayıt Kimya Sənaye Parkının məhsul istehsalı və ixracında müsbət artım müşahidə edilir. Belə ki, Sənaye Parkı fəaliyyətə başlayandan 2021-ci ilədək 2,5 milyard manatlıq məhsul istehsal edilmişdisə, təkcə 2021-ci ilin 11 ayında 1,9 milyard manatlıq məhsul istehsal olunub. Həmçinin, Sənaye Parkı fəaliyyətə başlayandan 2021-ci ilədək 764 milyon manatlıq məhsul ixrac edilmişdisə, 2021-ci ilin 11 ayında 764 milyon manatlıq məhsul ixrac olunub".

AzVision.az


Teqlər:





Xəbər lenti