Sahibkarlar borcun ödənişi üçün "Azəriqaz"dan vaxt istəyiblər
Birliyin baş direktorunun müavini ilə yanaşı, "Azəriqaz"ın digər məsul şəxsləri, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri "Açıq qapı" aksiyası çərçivəsində təşkil olunan görüşdə istixana sahibləri tərəfindən ünvanlanan bütün suallara aydınlıq gətiriblər.
Aksiyada sahibkarlarla yanaşı, adi vətəndaşların da problemlərini səsləndirmələrinə şərait yaradılıb. Zəyəm kənd sakini Tural Aslanov, Zəyəm və Sabirkənd kəndlərinin kəsişməsində 8 küçədə yaşayan sakinlərin təbii qazdan istifadə edə bilmədiyini bildirib. Alternativ olaraq elektrik enerjisindən istifadə olunması, aylıq sərfiyyatın çox olması çətinlik yaratdığından həmin ərazilərin mavi yanacaqla təmin olunmasını xahiş edib. Görüş iştirakçılarına daxil olan müraciətlərin Birliyin baş direktoruna təqdim olunacağı bildirilib.
Qeyd edək ki, bu görüş "Açıq qapı" aksiyası çərçivəsində ümumilikdə 35-ci, Şəmkir sahibkarları ilə isə sayca ikinci görüşdür.
AzVision.az