İranın XİN rəhbərinin Azərbaycana səfəri başlayıb - YENİLƏNİB

 İranın XİN rəhbərinin Azərbaycana səfəri başlayıb -  YENİLƏNİB
  22 Dekabr 2021    Oxunub:1226
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Azərbaycana səfəri başlayıb.

AzVision.az-ın
məlumatına görə, XİN başçısının təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Səfər çərçivəsində iranlı nazir Azərbaycan Prezidentinin qəbulunda olacaq, Milli Məclisinin sədri Sahibə Qafarova, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və xarici işlər naziri Ceyhun Bayramovla görüşərək danışıqlar aparacaq.

Bu, nazirin Azərbaycana ilk səfəridir.

***
09:51
İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün Azərbaycana səfər edəcək.

AzVision.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Səfər çərçivəsində Hüseyn Əmir Abdullahian Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə isə deyib ki, nazir artıq Azərbaycana səfərə yola düşüb. Onun sözlərinə görə, Bakıda ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, həmçinin regional proseslər barədə haqda fikir mübadiləsi aparılacaq.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: İran-XİN   Səfər  



Xəbər lenti