Tərtərdə karantin rejimini pozan çayxanalar aşkarlandı

Tərtərdə karantin rejimini pozan çayxanalar aşkarlandı
  22 Dekabr 2021    Oxunub:1372
Tərtərdə müştərilərə qəlyan təklif edən çay evi aşkarlanıb
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az -a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq müştərilərə qəlyan təklif edən çay evi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, obyektə cavabd
ehlik daşıyan Şaiq Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

AzVision.az


Teqlər: Çayxana   Karantin  



Xəbər lenti