Qarabağ Dirçəliş Fondu qrantın verilməsi qaydalarını təsdiqləyib
İlk olaraq Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov iclas iştirakçılarını salamlayıb. Daha sonra Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev Müşahidə Şurasına gündəlikdə duran məsələlər barədə ətraflı məlumatı təqdim edib.
İclas iştirakçıları “Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin strateji istiqamətləri (2022-2025)”, “2022-ci il üzrə fandreyzinq və kommunikasiya planı”, “Qrantın verilməsi qaydaları”, “Fondun fəaliyyətinin standartları siyasəti”nin təsdiqi və Qarabağ Dirçəliş Fondunun kənar auditorunun seçilməsi kimi məsələlər barədə geniş müzakirələr aparıb.
İclasın yekununda yuxarıda qeyd olunan sənədlər Müşahidə Şurası tərəfindən təsdiqlənib.
Qeyd edək ki, Müşahidə Şurası tərəfindən bir neçə auditor şirkətinin təklifləri nəzərdən keçirilib və PwC şirkəti Fondun kənar auditoru kimi təsdiq olunub.
Görüşün sonunda Müşahidə Şurası Fondun gördüyü işlər və fəaliyyət istiqamətləri barədə razılıqlarını ifadə edərək, iclasda təqdim olunan digər məsələlərin növbəti iclasda müzakirəsi üçün müvafiq tapşırıqlar verib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


