"Sosial şəbəkə Azərbaycanda qeybətin inkişafına təsir edir" - Fazil Mustafa

   "Sosial şəbəkə Azərbaycanda qeybətin inkişafına təsir edir" -    Fazil Mustafa
  22 Dekabr 2021    Oxunub:879
Sağlam insanların qura biləcəyi ailə modelini müəyyən edə bilmədiyimiz üçün problemlər yaşayırıq.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa "Azərbaycanda mövcud ailə münasibətləri" ilə bağlı keçirilən tədbirdə deyib. O qeyd edib ki, iki insan ailə münasibətlərinin mədəni şəkildə müzakirə edə bilmir:

"Bu da təhsildən irəli gəlir. Bu gün şəhərdə gecəqondu mədəniyyəti şəhər mədəniyyətini üstələyib. Kəndlərdə isə şəhərləşmə mədəniyyəti yüksəkdir. Sosial şəbəkələrin ailələrin dağılmasına təsiri qeyd edilir, lakin bu sosial şəbəkənin günahı deyil. Sosial şəbəkə Finlandiyada elmin, Azərbaycanda isə qeybət, dedi- qodunun inkişafına təsir edir. Müasir texnologiyanın imkanlarını beləcə məhv etmişik".

Aytən Zəhra
AzVision.az


Teqlər: Sosial-şəbəkə  



Xəbər lenti