Komitə qaçırılan qıza baş çəkəcək

   Komitə qaçırılan qıza baş çəkəcək
  22 Dekabr 2021    Oxunub:398
Ağdamda yeniyetmə qızın qaçırılması ilə bağlı məlumat daxil olan kimi Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi hadisəni araşdırıb.
Komitədən AzVision.az -a verilən məlumata görə, Ağdam Uşaq və ailələrə dəstək Mərkəzinin psixoloqları ailəyə baş çəkəcək:

"Qız artıq ailəyə qaytarılıb. Mərkəzin psixoloqları qızla söhbət edəcək, psixoloji dəstək göstəriləcək".

Qeyd edək ki, ötən gün Ağdam rayonun İmamqulubəyli qəsəbə tam orta məktəbinin 10-cu sinif şagirdi G.M. məktəbdən qayıdarkən qaçırılıb. İlkin məlumatlara görə, qız sevdiyi oğlanla qaçıb.

Aytən Zəhra

AzVision.az

Teqlər:







Xəbər lenti