Xoşqədəm afrikalı uşağı övladlığa götürmək istəyir - VİDEO
Xoşqədəm Hidayətqızı Afrikanı seçməsi ilə əlaqədar vətəndaşlarda yaranan suallara da aydınlıq gətirib:
“Mənə sual verirlər ki, niyə burada yox, Afrikada? Bu, məni üzdü. Mənim üçün dünyanın hansı ölkəsinin olmasının fərqi yoxdur. Əgər onları o vəziyyətdə görürəmsə və onlara yardım edəcək mərhəmətli insanlar varsa, onlara əl tutmağın nəyi pisdir? Mən dünyaya tam fərqli baxıram”.
Aparıcı həmçinin Afrikadan uşaq övladlığa götürmək arzusunda olduğunu da bildirib:
“Afrikadan uşaq övladlığa götürməyimlə bağlı məsələ mətbuatda yanlış anlaşıldı. Hazır olmadığım hansısa işə girmərəm. Onsuz da uşaqlar orada əziyyət çəkir. Onu ailəsindən, vətənindən ayırıb, istədiyi vaxt və sevgini ayıra bilməyəcəyəmsə, bu addımı atmaram. Onlar acdır, susuzdur, amma anasının qucağındadır. Hesab edərdim ki, ən böyük xoşbəxtlik oradakı kimsəsiz uşaqlardan birinə sahib çıxmağım olar. Güc tapıb özümü hazırlayandan sonra böyük məmnuniyyətlə bunu edərəm. Mənim arzum böyük ailəmin olmasıdır”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


