Azərbaycana daha 4,4 milyon doza peyvənd gətiriləcək

   Azərbaycana daha 4,4 milyon doza peyvənd gətiriləcək
  22 Dekabr 2021    Oxunub:507
İndiyə qədər Azərbaycana yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 14 milyon 92 min 460 doza vaksin gətirilib.
Bu barədə AzVision.az -a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

Qeyd olunub ki, təsdiq olunmuş müqaviləyə əsasən, ölkəyə əlavə olaraq 4 milyon 431 min doza vaksinin gətirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycanda pandemiyanın yayılmasının məhdudlaşdırılması, əhali arasında xəstələnmə və ölüm hallarının qarşısının alınması məqsədilə “CoronaVac”, “AstraZeneca/Vaxzevria”, “Biontech/Pfizer”, “Sputnik V” vaksinlərinin istifadəsi təmin edilir.

AzVision.az



Teqlər: Peyvənd  





Xəbər lenti