Naxçıvandan Türkiyəyə təbii qaz boru kəməri çəkilir

 Naxçıvandan Türkiyəyə təbii qaz boru kəməri çəkilir
  22 Dekabr 2021    Oxunub:1244
“Bu ilin 11 ayı ərzində Türkiyəyə nəql olunmuş 7,7 milyard kubmetr doğal qazın 5,1 milyard kubmetri TANAP-ın payına düşüb”.
AzVision.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə I Enerji Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, ölkələr bu ildən “Şahdəniz-1” üzrə təbii qaz müqaviləsini yeniləyib və bu müqavilə üzrə 2024-cü ilin sonunadək Türkiyəyə ümumilikdə, 10 milyard kub metrdən çox doğal qaz ixrac ediləcək:

"Hazırda əməkdaşlığımızın gündəmindəki məsələlərdən biri Türkiyədən Naxçıvana təbii qazın tədarükünə nail olmaqdır. Ötən ilin dekabrında imzalanan sənədə əsasən İğdır-Naxçıvan təbii qaz boru kəməri çəkilir. Bu kəmər vasitəsilə illik 500 milyon, gündəlik 1,5 milyon kubmetr təbii qaz ötürüləcək. Naxçıvan üzərindən ötürülən təbii qaz Azərbaycan və Türkiyə arasında enerji sahəsində əlaqələri daha da gücləndirəcək.”.

Aytən Zəhra
AzVision.az






Teqlər: Qaz   Naxçıvan  





Xəbər lenti