Azərbaycanda dəniz və külək enerjisindən istifadə üçün yol xəritəsi hazırlanılır

   Azərbaycanda dəniz və külək enerjisindən istifadə üçün yol xəritəsi hazırlanılır
  22 Dekabr 2021    Oxunub:1598
Ölkəmizin texniki cəhətdən mümkün, kommersiya cəhətdən əlverişli enerji potensialı təxminən 27 qiqavatdir. Bura dəniz və külək enerjisi, eyni zamanda su hövzələrində günəş enerjisi potensialı aid edilmir.
AzVision.az xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev Azərbaycan-Türkiyə I Enerji Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, ölkəmizin yüksək dəniz və külək enerjisi potensialı var:

"İlkin hesablamalara görə rəqəm 157 qiqavatdır. Bu potensialdan istifadə edilməsi üçün yol xəritəsi hazırlanılır ki, yaxın aylarda tamamlanması nəzərdə tutulur".

T.Əmmayev qeyd edib ki, dənizdə külək enerjisi potensialından istifadə etməklə hidrogen istehsalı da araşdırılır: "Paralel olaraq Energetika Nazirliyi dənizdə külək enerjisinin layihələrinin həyata keçirilməsi potensial investorlarla danışıqlar aparır".

Aytən Zəhra
AzVision.az


Teqlər: Külək  





Xəbər lenti