Gürcüstanla müdafiə sahəsində plan imzalanıb

   Gürcüstanla müdafiə sahəsində plan imzalanıb
  22 Dekabr 2021    Oxunub:445
"Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Gürcüstan Müdafiə Nazirliyi arasında 2022-ci il üçün ikitərəfli əməkdaşlıq planı" imzalanıb.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Sənədi Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze imzalayıblar.

Qeyd edək ki, dekabrın 21-də Bakıda Z.Həsənov və C.Burçuladze arasında görüş olub. Görüşdə tərəflər hərbi əməkdaşlığın inkişaf perspektivləri, birgə hərbi təlimlərin keçirilməsi, işçi görüşlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.

AzVision.az



Teqlər: Müdafiə   Gürcüstan  





Xəbər lenti