YAP Gənclər Birliyinin növbəti iclası keçirilib

YAP Gənclər Birliyinin növbəti iclası keçirilib
  22 Dekabr 2021    Oxunub:817
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin VI iclası keçirilib. İclasda Gənclər Birliyinin 2021-ci il ərzində fəaliyyətinə dair hesabat müzakirə olunub.
AzVision.az xəbər verir ki, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxış edərək Birliyin 2021-ci ildəki fəaliyyətinin YAP Mərkəzi Aparatının tövsiyə və tapşırıqlarına uyğun şəkildə təşkil edildiyini deyib. Bildirib ki, ötən dövr ərzində gənclərin dövlətçilik ruhunda tərbiyəsi, şəxsi inkişaflarının dəstəklənməsi, milli dəyərlərimizin təbliği, o cümlədən Gənclər Birliyinin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində vacib addımlar atılıb.

Daha sonra YAP Gənclər Birliyinin sədr müavinləri Sevinc Qasımova, Fəsli Nəbiyev və Gənclər Birliyinin üzvləri Azad Manaflı, Ülviyyə Axundova, Ülkər Həsənova, Əkbər Cəlilov, Fərid Sadıxlı, Nərgiz Babayeva, Nərmin Qocaman, Coşqun Hidayətov, Salman Salmanov, Emil Aslanlı, Nihad Allahyarlı, Niyaz Əliyev, Anastasiya Lavrina hesabat ətrafında fikir mübadiləsi aparıb, 2022-ci il üzrə fəaliyyət planının hazırlanmasına dair qərar qəbul ediblər.

AzVision.az


Teqlər: YAP  





Xəbər lenti