Qarabağda kiçik SES-lərin bərpasına başlanılıb

   Qarabağda kiçik SES-lərin bərpasına başlanılıb
  22 Dekabr 2021    Oxunub:1825
"İşğaldan öncə Qarabağ bölqəsində 1 milyona yaxın əhalini elektrik enerjisi ilə təmin edən elektroenergetika infrastrukturu mövcud olub k, işğal dövründə vəhşi düşmən bütün şəhər və kəndləri dağıtdığı kimi, qeyd edilən elektroenergetika infrastrukturunu da tamamilə yerlə yeksən edilib".
AzVision.az xəbər verir ki, bunu “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev Azərbaycan-Türkiyə I Enerji Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, ötən bir il müddətində “Azərenerji” ASC işğaldan azad olunan bölqələrdə minatəmizləmə əməliyyatlarından dərhal sonra, bəzi yerlərdə isə paralel olaraq fəaliyyətə başlayaraq qısa müddət ərzində 600 MVA gücündə yeni rəqəmsal yarımstansiyalar tikib:

"400 km-dan artıq 110 kV-luq elektrik veriliş xətləri çəkərək Şuşa şəhəri başda olmaqda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Ağdam rayonlarını elektrik enerjisi ilə təchiz edilib.

İşğaldan azad olunan ərazilərdə mənbəyi Azərbaycanda formalaşan bolsulu çaylar mövcuddur ki, bunların üzərində 30-a yaxın kiçik su elektrik stansiyası fəaliyyət göstərib. Düşmən əraziləri tərk edərkən onlar tərəfindən bu stansiyalar dağıdılıb, avadanlıqları daşınıb, yerdə qalan tikililər, özüllər isə yararsız vəziyyətə salınıb.

İlk öncə bu stansiyaların monitorinqi aparılıb, müvafiq layihələr hazırlanmaqla onların bərpasına başlanılıb. Laçın rayonunun Güləbird kəndində yerləşən 8 MVt gücündə kiçik SES Ölkə Başçısının işrirakı ilə Qarabağda istismara verilən ilk inrastruktur layihəsi olub".

Sədr qeyd edib ki, növbəti mərhələdə döyüş əməliyyatları nəticəsində dağıdılmış ümumi gücü 7,8 MVt olan Suqovuşan-1, Suqovuşan-2 KSES-lər yenidən qurularaq Ali Rəhbərliyin iştirakı ilə istismara verilib.

"Həmçinin, Kəlbəcər rayonunda 4 MVt gücündə daha bir KSES bu günlərdə test rejimində istismar olunur. Ümumilikdə bu stansiyaların gücü 20 MVt-dan artıqdır.
Qeyd olunanlardan əlavə Kəlbəcər rayonunda 11 ədəd, Laçın rayonunda 12 ədəd olmaqla cəmi 130 MVt-a yaxın gücdə kiçik su elektrik stanasiyalarının yenidən qurulması üçün layihə-smeta sənədləri hazırlanıb və növbəti ildə bunların bir qisminin yenidənqurulması tərəfimizdən həyata keçiriləcək.

Araz şayı üzərində İran İslam Respublikası ilə ortaq layihə olan “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının (140+140 MVt) tikintisi layihəsi üzrə “Azərenerji” ASC Azərbaycan höküməti tərəfindən sifarişçi qismində fəaliyyət göstərir. Hazırda bu istiqamətdə ölkələrarası işçi qrup yaradılıb və layihənin tamamlanması üçün müvafiq işlər icra olunur".

Aytən Zəhra
AzVision.az


Teqlər: Azərenerji   Qarabağ  



Xəbər lenti