Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

   Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib
  22 Dekabr 2021    Oxunub:1109
Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirlib ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Səfərov Daşqın Natiq oğlu hərbi xidmətdən kənarda olarkən kəskin ürək və ağciyər çatışmazlığından Şəmkir rayonu ərazisində yerləşən mülki xəstəxanada dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

AzVision.az



Teqlər: MN   Hərbi-qulluqçu  



Xəbər lenti