"İlham Əliyevin fəaliyyəti ərəb jurnalistlərinin diqqət mərkəzindədir" - Baş redaktor

"İlham Əliyevin fəaliyyəti ərəb jurnalistlərinin diqqət mərkəzindədir" -    Baş redaktor
  22 Dekabr 2021    Oxunub:664
"Media rəhbəri kimi deyə bilərəm ki, son illər ərəb ölkələrinin mətbuatında zəngin siyasi fəaliyyəti ilə diqqət mərkəzində olan dövlət xadimləri sırasında Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi yeri var. Onun rəhbərliyi ilə həyata keçirilən transmilli layihələr, mühüm islahatlar, ən başlıcası 44 günlük müharibədə qazanılan möhtəşəm Qələbə təkcə Əlcəzairin deyil, bütün ərəb dünyasının kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb. Bu, Azərbaycanın apardığı informasiya müharibəsində də böyük triumf deməkdir".
AzVision.az xəbər verir ki, bunu Əlcəzairdə Beynəlxalq İpək Yolu Media Şəbəkəsinin direktoru, Ərəb Jurnalistlər Federasiyasının Əlcəzair şöbəsinin rəhbəri Əbdülqədir Xəlil deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin 60 illik yubileyi münasibətilə bütün ərəbdilli jurnalistlər adından təbriklərini çatdıran media rəhbəri söyləib: “Mən bütün azərbaycanlıları milli birliyin qurucusu, görkəmli liderə xas olan bütün keyfiyyətlərin daşıyıcısı, təvazökar və müdrik lider, böyük intibahının yaradıcısı olan sevimli Prezidentlərinin yubileyi münasibətilə təbrik edirəm. Azərbaycanın dövlət başçısının səyləri sayəsində qısa müddətdə iqtisadiyyat, texnologiya və turizm sektorlarında böyük nailiyyətlər əldə olunub. Prezident İlham Əliyev Azərbaycan xalqının sevgisini, etibarını və sədaqətini qazanmış oğul, qardaş, ata və dost, eyni zamanda, dünya xalqlarının, liderlərinin heyranlığını və rəğbətini qazanmış siyasi xadimdir. O, 44 günlük müharibənin qalibi, Müzəffər komandan, Qarabağ fatehidir. Azərbaycan Ordusunun igid əsgər və zabitləri məhz onun komandanlığı, polad iradəsi və müdrik rəhbərliyi ilə torpaqları düşməndən azad edib. Bu böyük Qələbə nəticəsində erməni işğalına son qoyulub, 30 illik fasilədən sonra Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Bu gün Qarabağ fatehi işğaldan azad olunmuş müxtəlif rayonlarda aparılan bərpa və yenidənqurma işlərinə şəxsən rəhbərlik edir, ardıcıl olaraq həmin ərazilərə etdiyi səfərlər zamanı işlərin gedişi, əldə olunan nailiyyətlərlə tanış olur. Prezident Əliyev bu proseslərə öz kabinetindən yox, bilavasitə yerlərdə nəzarət edir, xalqın istək və arzularını gerçəkləşdirmək üçün göstəriş və tapşırıqlar verir. Əminəm ki, Azərbaycan onun müdrik rəhbərliyi altında müxtəlif sahələrdə daha böyük uğurlar qazanacaq”.

Ə.Xəlil qeyd edib ki, artıq Əlcəzair, İordaniya və Yəmənin media orqanlarında Azərbaycan Prezidentinin fəaliyyəti haqqında xəbərlər xüsusi yaradılmış rubrika altında yayımlanır.

AzVision.az



Teqlər: İlham-Əliyev  



Xəbər lenti