"Bu il sürətlə inflyasiya gedən sektorlar qida, tikintidir" - Mikayıl Cabbarov
“2022-ci ildə bu bizim prioritetimiz olacaq. Azərbaycan qlobal iqtisadiyyata inteqrasiya etmiş ölkədir. Yəni bu o deməkdir ki, qlobal iqtisadiyyatda inflyasiya prosesləri gedərkən, təbii olaraq bu, Azərbaycanda da öz əksini tapır. 2021-ci ildə ən sürətlə inflyasiya gedən sektorlar qida sahəsidir, müxtəlif tikinti materiallarıdır, xammaldır və s.. Bu məhsulların xüsusilə Azərbaycanda istehsalı azdır və ya istehsal edilmir, onların idxalından aslıyıq. Bu birabaşa olaraq qiymət artımının daxili bazara ötürülməsidir. Burada təbii olaraq hökumətin əlində o qədər də çox alət yoxdur. Biz çalışırıq ki, sosial əhəmiyyət kəsb edən məhsullara görə, yaxud da sosial müdafiə nəzərindən həssas olan təbəqələrə xüsusi yanaşma tətbiq edilsin. Dünya bazarlarında son iki ildə taxılın qiyməti təxminən 45-50 % artıb. Biz kifayət qədər böyük həcmdə taxıl idxal edirik. Bu strateji məhsulun qiymətinin artımının qarşısını almaq üçün dövlət tərəfindən subsidiya verilir”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


