Minaların təmizlənməsində daha bir ölkə ilə əməkdaşlıq edəcəyik

Minaların təmizlənməsində daha bir ölkə ilə əməkdaşlıq edəcəyik
  23 Dekabr 2021    Oxunub:941
"Azərbaycan Bosniya və Herseqovina ilə minatəmizlənməsi sahəsində əməkdaşlıq edəcək. Bu mövzunu həmkarımla görüşdə müzakirə etdik".
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bosniyalı həmkarı ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, müharibə dövründə və daha əvvəl Bosniya və Herseqovina Azərbaycanın beynəlxalq hüquqa əsaslana mövqeyini birmənalı şəkildə dəstəkləyib: “Buna görə xanım nazirə təşəkkür edirəm. Biz mövcud vəziyyət, postmünaqişə dövründə ölkəmizin atdığı addımlar, son həftələr ərzində Brüsseldə və Soçidə keçirilən görüşlər və onların nəticələri barədə həmkarıma məlumat verdim. Bosniya və Herseqovina öz təcrübəsində müharibə acılarını yaşamış ölkədir. Ona görə də onlar bu həssaslığı başa düşür. Bu ölkənin parlamenti Xocalı ilə bağlı qətnamə qəbul edib, soyqırımını sərt şəkildə qınayıb”.

Nazir əlavə edib ki, ANAMA ilə bu ölkənin müvafiq quurumu ilə azad edilmiş ərazilərin minalardan təmizlənməsi mövzusu müzakirə edilib: "Artıq bu sahədə əlaqələr başlayıb və qeyd edilən istiqamətdə kiayət qədər imkanlar var".

Pərvanə Sultanova
AzVision.az



Teqlər: ANAMA  





Xəbər lenti