Gələn il iqtisadi fəaliyyət xərcləri 6 milyarda yaxın olacaq
Sənədə əsasən, bunun 4 milyard 992 milyon manatını tikinti və şəhərsalmaya çəkilən xərclər, o cümlədən 2 milyard 790 milyon manatını dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri), 2,2 milyard manatını işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması xərcləri təşkil edəcək.
Bundan başqa, gələn il büdcədən nəqliyyat və rabitəyə 233 milyon manat, kommersiya fəaliyyətinə 56 milyon manat, geodeziya və faydalı qazıntılara 8 milyon manat, yanacaq və energetikaya 2 milyon manat, iqtisadi fəaliyyətlə bağlı digər xidmətlərə isə 656 milyon manat xərclənməsi planlaşdırılır.
AzVision.az
Teqlər: İqtisadi-xərc