Elektrik cihazı ilə balıq ovlayanlar saxlanıldı

Elektrik cihazı ilə balıq ovlayanlar saxlanıldı
  23 Dekabr 2021    Oxunub:866
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı elektrik cərəyanından istifadə etməklə qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıblar.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az - a verilən məlumata görə, Zərdab RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Aşağı Şirvan kollektrounun rayonun Burunlu kəndi ərazisindən keçən hissəsində elektrik cərəyanından istifadə edərək balıq ovu ilə məşğul olan şəxslər aşkar olunublar.

Araşdırmalarla həmin şəxslərin rayon sakinləri Şahmar Kərimli, Cavidan Rəhimov və Elşən Vəlizadə olduqları müəyyən edilib. Onların istifadə etdikləri elektrik cihazı və ovladıqları müxtəlif növ balıqlar maddi sübut kimi götürülüb.


Faktla bağlı Zərdab RPŞ-də araşdırma aparılır.



Şahanə Rəhimli
AzVision.az



Teqlər:



Xəbər lenti