"Azərbaycan məktəblərində texniki işlər pedoqoji fəaliyyəti üstələyir".

"Azərbaycan məktəblərində texniki işlər pedoqoji fəaliyyəti üstələyir".
  23 Dekabr 2021    Oxunub:855
"Məktəbin direktorundan çox şey asılıdır. Bura səriştəli kadrların tapılıb rəhbər təyin olunması prioritet məsələlərdəndir. Hazırda keçirilən test imtahanları, direktorların işə qəbulu müəyyən mənada şəffaflığı təmin edir. Lakin pedoqoji dəyərləri bu üsulla müəyən etmək olmur".
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, pedoqoji dəyərlər müsahibə əsasında öyrənilir, lakin bu zaman şəffaflıq, inam, etibar məsələsi ortaya çıxır:

"Balanslaşdırılmış bir yol tapmalıyıq. Bu ildən başlayaraq məktəblərdə monitorinqlər həyata keçiririk. Bu, yoxlama xarakterli deyil, öyrənmə prosesini ölçür. Yaxın zamanda ictimaiyyətə nəticələr açıqlanacaq. İlkin hesabatlarla tanışam. Maraqlıdır ki, bir çox hallarda Azərbaycan məktəblərində inzibatçılıq, təsərrüfatçılıq, texniki logistik işlər pedoqoji fəaliyyəti üstələyir. Məktəb direktorunun foskalandığı məsələ öyrənmə olmalıdır. Şagirdlərin öyrənməsi və nə qədər öyrənməsi daha çox müzakirə olunmalıdır".

Aytən Zəhra
AzVision.az



Teqlər: Məktəb  





Xəbər lenti