Kürdəmir sakinindən qanunsuz ov tüfəngi götürülüb

Kürdəmir sakinindən qanunsuz ov tüfəngi götürülüb
  24 Dekabr 2021    Oxunub:539
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzVision.az -a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Valeh Sadıqovdan bir ədəd müvafiq sənədləri olmayan “İj” markalı, qoşalüləli ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı Kürdəmir RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti