"Düşmənin törətdiyi vandalizm aktlarının dünyada bənzəri yoxdur" - Emin Hüseynov
Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib ki, bu günə qədər dünyada bir çox ölkələrdə postmünaqişə əraziləri bərpa edilib və insanlar öz yurd yuvalarına qayıdıb:
"Amma hər bir münaqişə, dağıntının səviyyəsi bir-birindən fərqlənir. Azərbaycandakı vəziyyət, düşmənin törətdiyi vandalizm aktlarının dünyada bənzəri yoxdur. Digər münaqişələrdə də dağıntılar olur, amma bütöv şəhərlərin yer üzündən silinməsi kimi dağıntı heç yerdə görünməyib. Mənfur düşmən Qarabağda bizim tarixi mədəni abidələrimizə, iqtisadiyyatımıza, ekologiyamıza qarşı elə vandalizm aktları həyata keçirib ki, bunun fəsadlarını aradan qaldırmaq üçün uzun illər tələb olunacaq”.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: Qarabağ







Vaxtında, Aydın, Lazımlı!


