“Haber Global” İlham Əliyev ilə bağlı süjet hazırlayıb - VİDEO

   “Haber Global” İlham Əliyev ilə bağlı süjet hazırlayıb -    VİDEO
  24 Dekabr 2021    Oxunub:853
Türkiyənin “Haber Global” telekanalı Azərbaycan Prezident İlham Əliyevin 60 illik yubileyi münasibətilə süjet hazırlayıb.
AzVision.az xəbər verir ki, süjetdə Müzəffər Ali Baş Komandanın Qarabağ Zəfərinə gedən yolundan bəhs edilib: “Qarabağ zəfərinin memarı, Azərbaycanın son bir neçə əsrdə torpaq azad edən ilk Ali Baş Komandanı, planlarını, illər öncədən quran, doğru zaman gələndə həyata keçirən bir siyasət adamı və əsgərinə örnək lider İlham Əliyev bu gün 60 yaşını qeyd edir".

Süjetdə qeyd olunub ki, İlham Əliyev yeniliklərə daim açıq, özünə güvənən, risk alan, öz həqiqətlərindən əsla geri çəkilməyən, inandığı mübarizəyə bütün mənliyini həsr edən, böhran anlarında radikal çarələrə əlac tapan xarizmatik liderlərdəndir. Nə vaxt, hansı addımı atacağını kimsənin təxmin edə bilmədiyi bir siyasətçidir. Planları haqqında danışmağı sevmir, sadəcə çalışır. Səbrlə, əzmlə, bəzən illərlə".

"Qarabağ zəfərinə gedən yolu qarış-qarış addımladığını öz xalqı da, dünya da yalnız müharibə vaxtı şanlı qələbələrdən sonra anladı. Qarabağ problemi kimi həlledilməz düyünü olan Azərbaycanın Prezidenti olmaq çətin vəzifə idi. Çiyinlərindəki yük ağır idi. İmkansızı bacarmalı idi. Bunun üçün hazırlıqlara uzun illər əvvəl başladı. Bəzən açıq-açıq, bəzən gizli-gizli. Qarabağı işğaldan qurtaracaq ordunun saxlanılması üçün əvvəlcə iqtisadiyyatı gücləndirdi, hərbçilərin təhsilinə xüsusi önəm verdi. Azərbaycan torpaqlarının dialoqla olmasa, müharibə yolu ilə işğaldan azad edilməsi üçün beynəlxalq əlaqələrin əlverişli olması lazım idi. İlham Əliyev bu cəbhədə də bütün lazımi tədbirləri aldı, siyasi bazanı yaratdı. Azərbaycana qarşı beynəlxalq cəhbə yaradılmaması üçün strategiya hazırladı. Rusiya Prezidenti Vladimir Putinin müharibə davam edərkən “Dağlıq Qarabağ Azərbaycan torpağıdır” deməsi İlham Əliyevin diplomatik bacarığının nəticələrindən biri idi”.

Ətraflı süjeti təqdim edirik:



AzVision.az



Teqlər:





Xəbər lenti