Sadır Japarov Prezident İlham Əliyevə zəng edib

   Sadır Japarov Prezident İlham Əliyevə zəng edib
  24 Dekabr 2021    Oxunub:846
Dekabrın 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
AzVision.az -ın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Sadır Japarov Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı diləyib. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Qırğızıstan Prezidentinə təşəkkürünü bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycan-Qırğızıstan ikitərəfli dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti