Polis 41 cinayətin üstünü “isti izlər”lə açıb

Polis 41 cinayətin üstünü “isti izlər”lə açıb
  24 Dekabr 2021    Oxunub:668
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 41 cinayətin üstü “isti izlər”lə açılıb.
AzVision.az - Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 53 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 45 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 11 fakt müəyyən edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti