"Bərpa işi olmasa qələbənin anlamı zəifləyir" - Emin Hüseynov

   "Bərpa işi olmasa qələbənin anlamı zəifləyir" -    Emin Hüseynov
  24 Dekabr 2021    Oxunub:1866
"Müharibə döyüş meydanında bitsə də, bizim üçün işğaldan azad edilmiş ərazilərdə davam edir. Biz zamana qarşı döyüşürük. Bu əraziləri bərpa etmək və vətəndaşları qaytarmaq üçün mübarizə aparırıq. Quruculuq və bərpa işi olmasa qələbənin anlamı zəfləyir".
AzVision.az xəbər verir ki, bunu Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilən (Şuşa istisna olmaqla) ərazilər üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib. Onun sözlərinə görə, həddindən artıq çirklənmiş Ağdam, Füzuli, Cəbrayıl, Tərtər kimi keçmiş cəbhə xəttinə yaxın ərazilərdə mina təmizlənməsi həyata keçirilir:

"Bərpa quruculuq prosesləri planmadan çox asılıdır. Çalışaq ki, səhv etməyək. Buna haqqımız, ixtiyarımız yoxdur. Hər bir şey ən dayanıqlı şəkildə, qabaqlayıcı texnologiyalara uyğun bərpa olunmalıdır. Ağdam sakinləri ilə görüşdə qonaqlara deyərəm ki, biz igid oğullarımız hesabına bu torpağın üzərində gəzirik. Bu, bizə məsuliyyəti verir".

Aytən Zəhra
AzVision.az


Teqlər: Ağdam  



Xəbər lenti