Prezidentin xüsusi nümayəndəsi böyük qayıdış prosesindən danışdı

   Prezidentin xüsusi nümayəndəsi böyük qayıdış prosesindən danışdı
  24 Dekabr 2021    Oxunub:1258
Keçmiş məcburi köçkünlərin hansı hissəsinin evlə təmin olunması, hansı hissəsinin hələ də müvəqqəti yaşayış məntəqələrində yaşaması barədə artıq bizdə məlumat var. Hər bir yaşayış məntəqəsi üzrə böyük qayıdış prosesi başlayarkən bütün bunların hamısı nəzərə alınacaq.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilən (Şuşa istisna olmaqla) ərazilər üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib. Onun sözlərinə görə, bununla bağlı xüsusi işçi qrup fəaliyyət göstərir:

"Onlar böyük qayıdışla bağlı həm iqtisadi, həm sosial, həm də hüquqi işlərlə bağlı məsələləri araşdırırlar. Əminəm ki, növbəti il ərzində bu iş yekunlaşacaq və biz böyük qayıdışın hazırlıq mərhələsinə keçəcəyik".

Aytən Zəhra
AzVision.az


Teqlər: Qarabağ   məcburi-köçkün  



Xəbər lenti