Qarabağda bəzi rayon mərkəzlərinin baş planı təsdiqlənib

   Qarabağda bəzi rayon mərkəzlərinin baş planı təsdiqlənib
  24 Dekabr 2021    Oxunub:972
Son bir ildə başlamış işlər qrafikə uyğun davam edəcək. Bu ilk növbədə əlaqələndirmə qərargahı çərçivəsində fəaliyyət göstərən işçi qruplarında aparılan bütün tədbirlərin əks olunduğu strateji fəaliyyət planı, ondan başqa xüsusi dövlət proqramına əsasən həyata keçiriləcək.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilən (Şuşa istisna olmaqla) ərazilər üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib.Onun sözlərinə görə, proqramın yaxınlarda yekunlaşması nəzərdə tutulub:

Onun sözlərinə görə, işğaldan azad edilən bəzi rayon mərkəzlərinin artıq baş planları təsdiq olunub: "Digər ərazilərdə də bu işlər davam etdirilir. Növbəti ildə biz bu işlərin yekunlaşmasını gözləyirik. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə rayonlar üzrə kəndlərin planlarının layihələndirilməsi davam edir. Sözsüz ki, Zəngəzur dəhlizu ilə bağlı dəmiryolu layihəsinin qrafikə uyğun növbəti ildə davam etdiriləcək".

E.Hüseynov qeyd edib ki, vətəndaşlarımızın tez zamanda yurdlarına qayıdışı üçün tələb olunan fiziki, iqtisadi infrastrukturun, iş yerlərinin yaradılması istiqamətində başladılan layihələr gələn il də davam etdiriləcək: "Ənənəvi sahələrlə yanaşı, iqtisadi fəaliyyət sahələrində, müvafiq həm kiçik, həm də orta biznes nümayəndələri üçün imkan yaradılacaq ki, insanlar iqtisadi fəaliyyətlərinin burada qura bilsinlər".

Aytən Zəhra
AzVision.az



Teqlər: Qarabağ  



Xəbər lenti