DSX əməliyyat keçirib, saxlanılanlar var

DSX əməliyyat keçirib, saxlanılanlar var
  24 Dekabr 2021    Oxunub:992
Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları əməliyyat keçirib.
DSX-nin Mətbuat Mərkəzindən AzVision.az -a verilən məlumata görə, dekabr ayının 23-də saat 03:10 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində içərisində 2 nəfərin olduğu “Nissan Maxima” markalı 90-ZJ-055 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildəki şəxslərin düşərək özlərini şübhəli aparmaları sərhəd naryadının diqqətini cəlb edib.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq, ərazidən bağ­lama götürüb hadisə yerindən uzaqlaşmağa cəhd edən naməlum şəxslər saxlanılıblar.

Onların üzərlərinə baxış zamanı bir ədəd bağlamanın içərisində ümumi çəkisi 8 kiloqram 300 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülüb. Avtomobilə baxış zamanı sağ qapı­nın saxlanc yerində bir ədəd xırda bükümdə narkotik vasitəyə bənzər “mari­xuana” aşkarlanıb.

Saxlanılan şəxslərin Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Ağayev Ceyhun Səfər oğlu və Beyləqan rayon sakini , 1999-cu il təvəllüdlü Misirli Əli Misir oğlu olmaları müəyyənləşdirilib. Fakt üzrə zəruri əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

AzVision.az



Teqlər: DSX  



Xəbər lenti