Prokurorluq işçiləri üçün tədris tədbiri keçirilib

Prokurorluq işçiləri üçün tədris tədbiri keçirilib
  24 Dekabr 2021    Oxunub:652
Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində prokurorluq işçilərinin nəzəri və peşə hazırlığının artırılması məqsədilə növbəti tədris tədbiri keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, Zoom proqramı vasitəsi ilə onlayn şəkildə keçirilən tədris tədbirində 15 tabe şəhər və rayon prokurorluqlarının işçiləri dinləyici qismində iştirak edib, tədbirə təlimçi qismində isə Elm-Tədris Mərkəzinin əməkdaşları ilə yanaşı Baş Prokurorluğun aidiyyəti qurumlarının işçiləri də cəlb ediliblər.

Tədbir çərçivəsində “Cinayət təqibindən kənar icraatların təşkilinin aktual problemləri və onların həlli yolları” və “Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ, insan hüquqları ilə bağlı qanunvericilik aktları, dövlət proqramları və beynəlxalq sənədlər” adlı mövzular üzrə mühazirələr deyilmiş, son dövrlərdə qanunvericiliyə edilmiş mühüm dəyişikliklər, qüvvəyə minmiş yeni normativ hüquqi aktlar barədə, habelə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarı” barədə ətraflı məlumatlar verilib.

Tədbir zamanı təlimçilər tərəfindən iştirakçıların maraq doğuran sualları cavablandırılıb.

AzVision.az



Teqlər: Prokurorluq  





Xəbər lenti