Paşinyan Ərdoğanla görüşünü istisna etməyib

Paşinyan Ərdoğanla görüşünü istisna etməyib
  24 Dekabr 2021    Oxunub:994
"Ermənistan-Türkiyə dialoqu üzrə xüsusi nümayəndələr uğurlu danışıqlar apararsa, Prezident Rəcəb Tayyib Ərdoğanla görüşə hazıram".
AzVision.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan TASS-ın sualını cavablandırarkən deyib.

“Ərdoğanla görüş barədə heç bir fikir yoxdur, lakin Ermənistanın xüsusi elçisi Ruben Rubinyanla türkiyəli həmkarı arasında danışıqlar prosesi uğurlu olarsa və proses o ana qədər yetişərsə, əlbəttə ki, yüksək səviyyəli görüşlər keçirilməlidir. Proses uğurlu olarsa, Ərdoğanla görüşüm baş tutacaq”.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla münasibətləri normallaşdırmaq üçün tərəflərin yaxın vaxtlarda qarşılıqlı olaraq xüsusi nümayəndələrini təyin edəcəklərini, həmçinin, İrəvanla çarter reyslərinin açılacağını bildirmişdi.

AzVision.az



Teqlər: Türkiyə   Ermənistan  



Xəbər lenti