Son 18 ildə 19,2 min km yol tikilib və təmir olunub

Son 18 ildə 19,2 min km yol tikilib və təmir olunub
  25 Dekabr 2021    Oxunub:1342
Azərbaycanda 2003-2021-ci illər ərzində 19,2 min km uzunluğunda yeni yol tikilib, yenidən qurulub və təmir edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AzVision.az -a verilən məlumata görə, hesabat dövründə 460 yeni körpü, yol ötürücüsü və avtomobil tuneli tikilib, 95-i isə təmir edilib.

Məlumata görə, 2003-2021-cı illər ərzində Bakı şəhərində 83 yol ötürücüsü və tunel tikilib, 4-ü təmir edilib. Bununla yanaşı, paytaxtda 99 yeraltı və yerüstü piyada keçidi tikilib, 11-i isə təmir edilib. 2010,5 km uzunluğunda yeni yol tikilib, yenidən qurulub və təmir edilib.

Qeyd olunur ki, 1 yanvar 2021-ci il tarixinə I texniki dərəcəli avtomobil yollarının uzunluğu 2003-cü ildə 115 km təşkil edirdisə, bu gün artaraq 935,5 km olub.

AzVision.az



Teqlər: Yol  





Xəbər lenti