İranda zəncirvari qəzada 10 nəfər ölüb

İranda zəncirvari qəzada 10 nəfər ölüb
  25 Dekabr 2021    Oxunub:279
İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində zəncirvari yol qəzası baş verib.
AzVision.az “Mehr”ə istinadən xəbər verir ki, Əhvaz-Xürrəmşəhr avtomobil yolunda fəhlələri aparan avtobus, bir yük maşını və 3 minik avtomobili toqquşub.

Nəticədə 10 fəhlə ölüb, 5-i yaralanıb. Hadisə yola xırda buynuzlu heyvanların çıxması səbəbindən baş verib.

AzVision.az

Teqlər: İran   yol-qəzası  







Xəbər lenti