Ötən sutka 22 yanğın olub, 3 nəfər xilas edilib

Ötən sutka 22 yanğın olub, 3 nəfər xilas edilib
  25 Dekabr 2021    Oxunub:817
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən AzVision.az -a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 22 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 3 nəfər xilas edilib, həmçinin Bakı şəhərinin Nərimanov rayonunda 1960-cı il təvəllüdlü Yolçuyev Şahbala Allahverdi oğlunun meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti