Bakıda evdə yanğın olub, xəsarət alan var

Bakıda evdə yanğın olub,    xəsarət alan var
  25 Dekabr 2021    Oxunub:972
Bakıda yanğın hadisəsi olub.
AzVision.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Xəzər rayonunda ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyü 10 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti