"Tesla" avtomobillərdə video oyunlara qadağa qoyacaq

   "Tesla"   avtomobillərdə video oyunlara qadağa qoyacaq
  25 Dekabr 2021    Oxunub:2643
Amerika və dünyanın məşhur elektrikli avtomobil istehsalçısı "Tesla" yenilik edəcək. Şirkət istehsal etdiyi maşınlarda avtomobil idarə edilərkən video oyunlar oynamaq imkanını əngəlləyəcək.
AzVision.az xəbər verir ki, bundan öncə 2017-ci ildən istehsal edilən 580 min "Tesla" elektrik avtomobilində sürücülər üçün video oyunların olması ilə bağlı şikayətlərə görə araşdırma başlanmışdı. Avtomobil Yollarının Təhlükəsizliyi üzrə Milli Administrasiya belə qənaətə gəlib ki, bu funksiya sürücülərin diqqətini yayındıra bilər və nəticədə qəza riski də artır.

Mask "Tesla"nın səhmlərini 15 milyard dollara satıb
"Washington Post" qurumun sözçüsü Lusia Sançezə istinadən yazıb ki, proqram təminatı yenilənməsindən sonra "Passenger Play" (sürücülərə video oyunları oynamağa imkan verən funksiya-red.) avtomobil hərəkətdə olarkən mövcud olmayacaq. Onun sözlərinə görə, Nəqliyyat vasitələrinin Təhlükəsizliyi Qanununa əsasən, avtomobil istehsalçısına əsassız təhlükəsizlik riski yaradan, o cümlədən sürücülərin diqqətini təhlükəsiz idarəetmədən yayındıran qüsurları olan nəqliyyat vasitələrini satmaq qadağandır.

Bildirilir ki, mərkəzi displeylərdəki video oyunlar 2020-ci ilin dekabr ayından avtomobil hərəkətdə olarkən sürücü üçün əlçatan olub. O vaxta qədər funksiya yalnız park edilmiş elektrik avtomobilində işləyirdi.

Qeyd edək ki, Amerika şirkəti olan "Tesla Motors" 2003-cü ildə elektrik avtomobilləri və əlaqəli texnologiyaların yaradıcısı və istehsalçısı kimi təsis edilib. Şirkət elektrikli nəqliyyat vasitələri ilə yanaşı, akkumulyatorlar və elektrik mühərrikləri istehsal edir və onları "Toyota" və "Daimler" kimi digər avtomobil şirkətlərinə satır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Tesla   İstehsal   Avtomobil  





Xəbər lenti