Siyəzəndə yük avtomobili maşının üzərinə aşdı

Siyəzəndə yük avtomobili maşının üzərinə aşdı
  25 Dekabr 2021    Oxunub:1307
Siyəzəndə yük avtomobili yol kənarında dayanan minik maşınının üzərinə aşıb.
AzVision.az xəbər verir ki, hadisə Bakı-Quba yolunun Siyəzən rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində baş verib.

"DAF" markalı yük avtomobilinin sürücüsü idarəetməni itirdiyindən maşını nasazlıq səbəbindən yolun kənarında saxlayan "Hyundai Elantra" markalı avtomobilin üzərinə aşırıb. Hadisə şahidlərinin bildirdiyinə görə, həmin vaxt minik avtomobilinin sürücüsü maşında olmayıb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Qəza   Siyəzən  





Xəbər lenti