Bakıda 14 yaşlı qız dəm qazından zəhərlənib

Bakıda 14 yaşlı qız dəm qazından zəhərlənib
  25 Dekabr 2021    Oxunub:955
Bakıda zəhərlənmə hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Y.V.Çəmənzəmənli küçəsində yaşayan 2007-ci il təvəllüdlü Nuri Aynur Telman qızı yaşadığı evdə dəm qazından zəhərlənib. Xəsarət alan yeniyetmə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər: Bakı   Qaz   Zəhərlənmə  





Xəbər lenti