Masallı sakinindən qanunsuz odlu silah götürülüb

Masallı sakinindən qanunsuz odlu silah götürülüb
  26 Dekabr 2021    Oxunub:967
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzVision.az - a verilən məlumata görə, bu istiqamətdə Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Xırmandalı kənd sakini M.Əzizovdan qanunsuz olaraq saxladığı bir ədəd “İJ-54” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Həmin silah aidiyyəti üzrə təhvil verilib.

M.Əzizov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılmasından ötrü Masallı Rayon Məhkəməsinə göndərilib.

AzVision.az


Teqlər: Masallı  



Xəbər lenti