Daha 511 nəfər koronavirusa yoluxub, 13 nəfər vəfat edib

   Daha 511 nəfər koronavirusa yoluxub,    13 nəfər vəfat edib
  26 Dekabr 2021    Oxunub:831
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 511 yeni yoluxma faktı qeydə alınıb, 1 178 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az - a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 614 630 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 595 098 nəfər müalicə olunaraq sağalıb, 8 297 nəfər vəfat edib. 11 235 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 328, bu günə qədər isə ümumilikdə 5 817 708 test icra olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti