Bakıda tələbə dəm qazından boğulub öldü

   Bakıda tələbə dəm qazından boğulub öldü
  26 Dekabr 2021    Oxunub:728
Bakıda tələbə dəm qazından ölüb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Universitetinin tələbəsi Elimxan Əliyev dəm qazından boğularaq dünyasını dəyişib.

Qeyd edək ki, E.Əliyev magistraturaya qəbul imtahanında 93 bal toplayaraq, respublika üzrə ən yüksək nəticə göstərənlərdən biri olub.

O, 2016-cı ildə ali məktəblərə qəbul imtahanında da yüksək nəticə əldə edərək, 636 balla Azərbaycan Universitetinin tədrisi ingilis dilində aparılan maliyyə ixtisasına qəbul olub.

Həmçinin, 2017/2018-ci tədris ilinin yaz semestrini “Erasmus+” mübadilə proqramı çərçivəsində Almaniyanın tərəfdaş Koblenz Universitetində oxuyub.

AzVision.az



Teqlər:





Xəbər lenti