"Gələn il Aİ ilə sazişi yekunlaşdırmaq mümkün olacaq" - Bayramov

   "Gələn il Aİ ilə sazişi yekunlaşdırmaq mümkün olacaq" -    Bayramov
  27 Dekabr 2021    Oxunub:979
"Avropa İttifaqında postmünaqişə dövründə ölkəmizə və bölgəyə marağın artmasını müşahidə edirk. Aİ Şurasının prezidenti Şarl Mişel və digər rəsmilərin ölkəmizə və bölgəyə çoxsaylı səfləri və təmaslar bunu deməyə əsas verir".
AzVision.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının xarici siyasət sahəsində ilin yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, qurumla 2021- 2024-cü illəri əhatə edən əməkdaşlıq prioritetləri təsdiq edilib: "Həmçinin, "Cənub Qaz Dəhlizi"nin işə salınması ilə Avropanın enerji təhlükəsiliyinə ölkəmiz ciddi töhfə verməkdədir. Avropada bu layihənin genişləmdirlməsinə dair maraq ifadə olunub".

Aİ ilə yeni iktərəfli sazişə gəlincə, nazir deyib ki, açıq qalan məsələlərdə razılaşma var və 2022-ci ildə sənədin yekunlaşdırılmasının mümkün olacağını hesab edir: "Saziş əsasən 4 bölmədən ibarətdir. Bu siyasi təhlükəsizlik, ticarət, iqtisadi və digər hissələrdən ibarətdir. Hesab edirik ki, 2022-ci ildə bu sazişin yekunlaşdırılması mümkün olacaq”, - nazir qeyd edib.


Pərvanə Sultanova
AzVision.az




Teqlər:



Xəbər lenti