Nazir Türkiyədə oxuyan 6 polisi vəzifələrə təyin edib
Bu münasibətlə DİN-də keçirilən tədbirdə general-polkovnik Vilayət Eyvazov vətəndaşlara xidmətin şərəfli bir vəzifə olduğunu, hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının gərgin səyləri hesabına respublikamızda əmin-amanlığın yaradıldığını, cəmiyyət həyatının bütün sahələrində müşahidə edilən hərtərəfli inkişafın əsasında ulu öndərin və Prezident İlham Əliyevin qeyd etdikləri kimi, məhz sabitlik amilinin dayandığını, bu istiqamətdə əldə olunan uğurların dövlət başçısı tərəfindən hər zaman yüksək qiymətləndirildiyini gənc zabitlərin nəzərlərinə çatdırıb.
Nazir V.Eyvazov bildirib ki, ölkəmizin, eləcə də qardaş Türkiyə DİN-in xüsusi ali təhsil müəssisələrinin məzunlarının vəzifələrə yerləşdirilməsi, ümumilikdə, gənc kadrların hazırlıq səviyyəsinin artırılması, onların peşəkarlığa, dövlətçiliyə, xidməti borca sədaqətə, işgüzarlığa görə vəzifədə irəli çəkilmələri, gənc əməkdaşlara lazımi diqqət və qayğı göstərilməsi DİN rəhbərliyinin daim nəzarətdə saxladığı məsələlərdəndir.
General-polkovnik V.Eyvazov gənc zabitləri təbrik edərək iki qardaş ölkənin daxili işlər nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olmasını məmnunluqla qeyd edib və bundan sonrakı çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, daim polis adını uca tutmalarını, bilik və təcrübələrini artırmalarını, öz üzərlərində işləmələrini, müasir informasiya texnologiyalarının verdiyi üstünlüklərdən faydalanmalarını, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib.
AzVision.az
Teqlər: Polis







Vaxtında, Aydın, Lazımlı!


